Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.14.2026 | 12:45 | Baxılıb: 1825
Xaçmaz-Xudat yolunda VAZ markalı avtomobil Qudyalçay üzərindən keçən körpüdən aşıb.

“gece.ws” xəbər verir ki, qəza nəticəsində sürücü-Xaçmaz rayon sakini Hüseyn Məmmədov xəsarət alıb.

Hadisənin baş verməsinə səbəb kimi sürücünün yorğun, yuxusuz halda sükan arxasında əyləşməsi ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladıb və sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.