Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.25.2025 | 11:57 | Baxılıb: 2147
Oktyabrın 24-də Bakı şəhər sakini Koroğlu Pirməmməd oğlu Rzayev Bərdədə qəzaya düşüb.

“gece.ws” xəbər verir ki, o, “Mitsubishi Pajero” markalı avtomobillə rayonun Məşədibişli kəndindən Mollalı kəndi istiqamətində gedən kəndarası yolda idarəetməni itirib.

Bu zaman avtomobil yolun kənarında olan su arxının içərisinə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı Bərdə RPŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.