Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.23.2026 | 12:10 | Baxılıb: 1362
Abşeron rayonu, Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2106” və “Chevrolet” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “VAZ 2106”  markalı minik avtomobilinin sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin 26 yaşlı Nəcəfov Əşrəf Mahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.