Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.27.2026 | 10:52 | Baxılıb: 2664
Ötən gün Cəlilabadda ot bağlaması yüklənmiş yük avtomobilində yanğın baş verib.

“gece.ws” xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb.

Hərəkətdə avtomobilin yük hissəsindəki ot bağlamaları qəfil alışmağa başlayıb. Yanğını görən sürücü avtomobili yaxınlıqdakı avtoyuma məntəqəsinə sürərək su vasitəsilə alovun qarşısını almağa çalışıb.

Hadisə anından görüntüləri təqdim edirik:

Qeyd edək ki, yanğın zamanı avtomobilin bir hissəsi yararsız hala düşsə də, sürücü kabinası və mühərrikxanasını qorumaq mümkün olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.