Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.07.2026 | 22:10 | Baxılıb: 8708
İyulun 4-də Qaradağ rayonunda ölümlə nəticələnən hadisə baş verib.

“gece.ws"in məlumatına görə, Qobustan qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu vurub.

Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.

Hadisə şahidlərinin və ölən şəxsin yaxınlarının sözlərinə görə, Asif Nağıyev və Azər Şahmuradov arasında ədavət bir müddət imiş davam edirmiş.

Onlar arasında qısqanclıq zəminində münaqişənin olduğu iddia edilir.

Hadisənin necə baş verməsinə dair anbaan görüntülər mövcud olsa da, həssaslığı nəzərə alaraq həmin kadrları nümayiş etdirmirik.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.