Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.17.2026 | 19:55 | Baxılıb: 1736
İspaniyanın Baş naziri Pedro Sançes “X” və feysbuk sosial media sahibləri İlon Mask və Mark Zukerberqi platformalarının vurduğu ziyana görə məsuliyyət daşımaqla hədələyib.

“gece.ws” xəbər verir ki, bu haqda “Financial Times” məlumat yayıb.

Sançes texnoloji oliqarxların qanundan üstün olmadıqlarını vurğulayıb və vətəndaşlara güclərinin qeyri-məhdud olmadığını göstərməyə söz verib.

Mask və Zukerberqə müraciət edərək, “Bu milyarderlər nə qədər zəngin və güclü olsalar da, hakimiyyətdə deyillər. Demokratik dövlətlər hakimiyyətdədir” bildirib.

Baş nazir yetkinlik yaşına çatmayanların sosial mediaya çıxışını məhdudlaşdırmağa və asılılıq, narahatlıq və zərərli məzmun yaymağa kömək edən alqoritmləri dəyişdirməyə yönəlmiş ciddi tədbirlər paketi elan edib. O, dövlətin rəqəmsal mühitdə uşaqları qorumağa borclu olduğunu və mövcud təhlükəsizlik tədbirlərinin səmərəsiz olduğunu deyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.