Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.20.2026 | 12:03 | Baxılıb: 1486
BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Mavriki Prezidenti Daramber Qoxul İçərişəhəri ziyarət edib.

Bu barədə “gece.ws”ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud ilə birgə keçirilən tanışlıq turu zamanı ali qonaq Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olub.

Səfər müddətində nümayəndə heyətinə İçərişəhərin qlobal mədəni irs statusu, qədim abidələrin mühafizəsi istiqamətində atılan addımlar, eləcə də yerli icmanın və sənət adamlarının bu prosesə cəlb olunması barədə geniş məlumat verilib.












Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.