Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mayın sonunda Xocalıya ilk köç olacaq
 
						Mayın sonunda Xocalıya ilk köç olacaq
Əlavə olunub: 03.27.2024 | 14:39 | Baxılıb: 2102
“Hazırda Xocalıda təmizlik, yenidənqurma və tikinti işləri həyata keçirilir” .

“gece.ws” APA-ya istinadən xəbər verir ki, bunu Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda təmizlik işləri başa çatmaq üzrədir:

“Yenidənqurmaya yaramayan evlərin söküntüsü aparılır. Bununla da paralel olaraq tikinti işləri həyata keçirilir. Xocalıda 500-ə yaxın evdə təmir-tikinti, abadlıq işləri görülür. Yollar, qaz və sular çəkilir”.

İcra başçısı qeyd edib ki, may ayının sonu, iyun ayının əvvəllərində Xocalıya ilk köç nəzərdə tutulub:

“Birinci 50 ailə öz doğma el-obalarına qayıdacaq. Daha sonra davamlı olaraq köç davam edəcək. Xocalı şəhərinin 8400, Xocalı rayonun 17000 min əhalisi var”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.