Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mbappe o hərəkətinə görə üzr istəyib
 
						Mbappe o hərəkətinə görə üzr istəyib
Əlavə olunub: 04.14.2025 | 21:35 | Baxılıb: 1462
“Alaves”in yarımmüdafiəçisi Antonio Blanko “Real”ın hücumçusu Kilian Mbappenin La Liqanın 31-ci turunda keçirilən oyunda ona qarşı kobud oynamasından danışıb.

“gece.ws” xəbər verir ki, Blanko AS nəşrinə açıqlamasında fransalı futbolçunun ondan üzr istədiyini bildirib:

“Düzünü desəm, kifayət qədər ağır zərbə oldu, amma futbolda belə şeylər baş verir. Kilian üzr istədi, əsas da budur. Buna çox əhəmiyyət verməyə ehtiyac yoxdur”. 

Xatırladaq ki, Mbappe matçın 38-ci dəqiqəsində rəqib futbolçunun baldırına açıq ayaqla zərbə endirib.

VAR-a baxıldıqdan sonra Mbappe qırmızı vərəqə ilə meydandan qovulub. 

Qeyd edək ki, Antonio Blanko 2023-cü ilin yayında “Real”dan “Alaves”ə keçib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.