“gece.ws” bu barədə “Relevo” nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, Mbappenin hüquq komandasına cinayət və əmək işləri üzrə ixtisaslaşmış daha üç hüquqşünas qoşulub.
Mbappe Paris klubundan 2023/2024-cü il mövsümünün sonunda ona bonus olaraq ödənilməli olan 55 milyon avronu almaq niyyətindədir.
Qeyd edilən bonuslar ona “Real”a keçdiyi üçün ödənilməyib.
Bundan əlavə, Mbappenin vəkillərinin Fransa Futbol Federasiyasından mübahisəli işi UEFA-ya göndərməyi xahiş edib.