Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.30.2026 | 20:31 | Baxılıb: 934
“Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib.

“gece.ws” xəb ər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “56. Hüquq elmləri” bölməsinə “5615.01 Mülki proses” ixtisasından sonra aşağıdakı ixtisaslar əlavə edilib:

Ədalət mühakiməsi hüququ;

Hava hüququ və hava məkanının təhlükəsizliyi;

Mədəniyyət hüququ.

Qeyd edək ki, Azərbaycan Aviasiya Akademiyasının təşəbbüsü ilə həyata keçirilən bu yenilik mədəniyyət sahəsində hüquqi tədqiqatların inkişafına, sahələrarası əməkdaşlığın genişlənməsinə və yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasına yeni imkanlar yaradacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.