Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.17.2026 | 17:30 | Baxılıb: 2745
Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərindəki məğlubiyyətindən sonra yaranan boşluqla necə mübarizə apardığından danışıb.

“gece.ws” xəbər verir ki, “Patriota” portalına müsahibəsində Orban parlament seçkiləri günü ağrı hissi keçirdiyini bildirib. 

“Əgər hisslərim barədə soruşsanız, deyə bilərəm ki, ağrı və boşluq hiss edirdim. Bazar günü yalnız ağrı hiss edirdim, bazar ertəsi isə boşluq, o vaxtdan əmək terapiyası ilə müalicə olunuram”, - siyasətçi deyib.

“Fidesz” partiyasının lideri bu boşluqdan qurtulmağa və ya onu doldurmağa çalışdığını əlavə edib. 

Xatırladaq ki, aprelin 12-də Macarıstanda parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən, mühafizəkar siyasətçi və Avropa parlamentinin deputatı Peter Madyarın rəhbərlik etdiyi “Tisza” partiyası parlamentdə konstitusiya çoxluğunu əldə edib. 16 ildir hakimiyyətdə olan V.Orban rəsmən məğlubiyyətini etiraf edib

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.