Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.16.2026 | 01:57 | Baxılıb: 6028
Xəbər verdiyimiz kimi, 2026-cı il Dünya Çempionatının yarımfinalında İngiltərə və Argentina yığmaları üz-üzə gəlib.

“gece.ws"in məlumatına görə, gərginliyi son saniyəyədək pik həddə çatan qarşılaşma Argentinanın 2:1 hesablı dramatik qələbəsi və adını finala yazdırması ilə başa çatıb.

Qeyd edək ki, hakimin final fitindən sonra meydanda əsəblərini cilovlaya bilməyən ingilis və argentinalı futbolçular arasında dava düşüb.

Xüsusilə İngiltərə millisinin yarımmüdafiəçisi Morqan Rocers ilə Argentinanın hücumçusu Lautaro Martinez arasındakı sərt söz davası ətrafdakıların müdaxiləsi ilə yatırılıb. 

Həmin anların əks olunduğu görüntülər isə qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılaraq viral olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.