Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.15.2025 | 12:25 | Baxılıb: 1994
Fransada yaşayan bloqer Məhəmməd Mirzəlinin kütləvi ixtişaşa çağırış və dövlət əleyhinə açıq çağırışlar ittihamı ilə qiyabi icraat qaydasında baxılan məhkəmə prosesi başa çatıb.

“gece.ws"in məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, M.Mirzəli verilmiş ittihamlarla təqsirli bilinib. Ona 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün icrası qaydasında faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablanacaq.

Qeyd edək ki, M.Mirzəli barəsində Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən qiyabi icraat aparılıb. İstintaqdan yayındığından cinayət işi qiyabi icraat qaydasında baxılması üçün məhkəməyə göndərilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.