Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.04.2026 | 21:33 | Baxılıb: 3500
Türkiyənin “Trabzonspor” klubu dünya futbolunun ulduzlarından biri olan Məhəmməd Salahla anlaşıb.

“gece.ws” “Haber Global” istinadən xəbər verir ki, Trabzon təmsilçisi uzun müddətdir gözlənilən transferi yekunlaşdırıb.

Məlumata görə, misirli hücumçu “Trabzonspor”la rəsmi müqaviləyə imza atıb. Təcrübəli ulduzun sabah axşam saatlarında Trabzona gələcəyi gözlənilir. Məhəmməd Salahın yeni komandasında 11 nömrəli formanı geyinəcəyi bildirilir.

Xatırladaq ki, “Liverpul”un heyətində Premyer Liqa, Çempionlar Liqası, FIFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku, İngiltərə Kuboku və Liqa Kubokunu qazanan Salah fərdi göstəriciləri ilə də tarixə düşüb. Premyer Liqada 4 dəfə bombardir olan, 2 dəfə mövsümün ən yaxşı futbolçusu seçilən misirli hücumçu “mersisaydlılar”ın heyətində keçirdiyi 442 rəsmi matçda 257 qol vurub və 123 məhsuldar ötürmə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.