
“gece.ws” xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Belə ki, İzmirdə keçirilən məhkəmə prosesində İbrahim Tatlısesin tələbi əsasında oğula atasına yaxınlaşmağı qadağan edən qərar çıxarılıb. İzmir 2-ci Ailə Məhkəməsinin qərarına əsasən, A. Tatlıses atasına 3 kilometrdən artıq məsafəyə yaxınlaşa bilməyəcək. Qərarın pozulması halında təhlükəsizlik qüvvələri dərhal müdaxilə edəcək.
Məhkəmə həmçinin oğul Tatlısesə elektron qolbaq taxılması barədə qərar verib. Bu sistem vasitəsilə oğul atasına yaxınlaşarsa, hüquq-mühafizə orqanları dərhal məlumatlandırılacaq. İbrahim Tatlısəs prokurorluğa müraciətində oğlunun onu təhdid etdiyini və təhlükəsizlik narahatlığı keçirdiyini bildirib.
Qeyd edək ki, ata-oğul arasında yaranan münaqişənin əsas səbəbi sərvət bölgüsü ilə bağlıdır.