Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.17.2025 | 10:01 | Baxılıb: 1238
“Məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərdə problemlər var”.

“gece.ws” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bu gün keçirilən komitə iclasında bildirib.

“Yaz sessiyası dövründə qanun layihəsi qəbul etdik. Bu, “Xüsusi icra məmurları haqqında” qanundur. Statistik məlumatlar onu deməyə əsas verir ki, məhkəmə qərarları təxminən 50 faiz icra olunmur. Bununla bağlı ciddi problemlər var. Bu məsələlər xüsusi olaraq diqqətdə saxlanmalıdır”, - deyə millət vəkili qeyd edib.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.