Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.05.2025 | 15:34 | Baxılıb: 2990
Vətən müharibəsi​ şəhidi polkovnik-leytenant Mehman Şirvanovun atası vəfat edib.

“gece.ws” xəbər verir ki, şəhidin atası Mirəziz Şirvanov xəstəxanada dünyasını dəyişib.

Bildirilib ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ürək əməliyyatı keçirilən şəhid atası bir neçə gün sonra insult keçirib. Bakıdakı xəstəxanaya köçürülən M.Şirvanov bu gün həyatını itirib.

Qeyd edək ki, Mehman Şirvanov 2020-ci il 27 sentyabr tarixində Murovdağ döyüşləri zamanı şəhid olub. O, Lənkəran rayonunun Ürgə kəndində dəfn edilib.

Surxay Şahbazov


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.