Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.29.2026 | 11:49 | Baxılıb: 3256
Respublika Perinatal Mərkəzindəki yanğında 7 körpənin ölməsi ilə bağlı məhkəmə istintaqı başa çatıb.

“gece.ws” xəbər verir ki, bugünkü prosesdə çıxışlar mərhələsinə başlanılıb.

Prokuror müttəhimlərin verilmiş ittihamlarla təqsirli bilinmələrini, Mehriban Abasquliyevanın 8, Elnur Əhmədli və Hamlet Mustafayevin 7 il azadlıqdan məhrum edilməsini, üçünün də məhkəmə zalında həbs edilməsini tələb edib.

Vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verilib.

Xəbəri rus dilində oxuyun: До 8 лет тюрьмы: обвинение по делу о гибели младенцев

Xatırladaq ki, hadisə ötən ilin yanvarında baş verib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.