
“gece.ws” xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin açılışı Mexikoda olacaq.
İlk matçda meydan sahiblərindən Meksika Cənubi Afrika Respublikası yığması ilə qarşılaşacaq.
A qrupunun görüşünə saat 23:00-da start veriləcək.
DÇ-2026
A qrupu
11 iyun
23:00. Meksika – Cənubi Afrika Respublikası
***
Komandaların start heyətləri bəlli olub:
Meksika: Ranxel, Reyes, Montes, Vaskes, Qalyardo, Lira, Fidalqo, Qutyerres, Alvarado, Kinonyes, Ximenes.
CAR: Uilyams, Modiba, Okon, Mbokazi, Sibisi, Mudau, Mokoena, Sitole, Adams, Reyners, Foster.
***
Matç başladı.
***
Meksika hesabı açır. Julian Kinonyes 9-cu dəqiqədə fərqlənir.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
49-cu dəqiqədə CAR-ın futbolçusu Sifofole Sithole qırmızı vərəqə ilə cəzalandırılır.
***
Raul Ximenes 67-ci dəqiqədə fərqi artırır.
***
84-cü dəqiqədə Temba Zvane də qırmızı vərəqə ilə cəzalandırılır. CAR 9 nəfərlə qalır.
***
Meksika meydanda 10 nəfərlə qalır. Sezar Montes 90+2-ci dəqiqədə meydandan qovulur.
***
Matç meksikalıların 2:0 hesablı qələbəsi ilə başa çatır.