Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.25.2026 | 08:43 | Baxılıb: 996
Meksikada “Xalisko yeni nəsil” kartelinin rəhbəri “El Menço"in öldürülməsindən sonra baş verən toqquşmalarda ölənlərin sayı 73-ə yüksəlib.

“gece.ws” xəbər verir ki, kartel üzvlərinin törətdiyi silahlı hücumlar bir neçə ştatda, xüsusilə də Xaliskoda davam edir.

Qarşıdurmalar zamanı 25 təhlükəsizlik əməkdaşı da daxil olmaqla, ümumilikdə 73 nəfər həlak olub.

Meksikanın təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Harfuç təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb və əhalini sakitliyə çağırıb. O bildirib ki, əksər yollar yenidən açılıb, təhlükəsizlik qüvvələri nəzarəti bərpa edib və ölkədə həyat tədricən normal axarına qayıdır. Buna baxmayaraq, sosial şəbəkələrdə yayılan görüntülər bəzi ştatlarda yolların bağlandığını, nəqliyyat vasitələrinin yandırıldığını və təhlükəsizlik qüvvələrinə hücumların davam etdiyini göstərir.

Məlumata görə, hücuma məruz qalan təhlükəsizlik əməkdaşlarından 15-nin vəziyyəti ağırdır. Hökumət zorakılığın daha şiddətli olduğu bölgələrə əlavə olaraq 10 min əsgər göndərib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.