Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.23.2026 | 19:01 | Baxılıb: 1321
ABŞ Prezidenti Donald Tramp Meksika hökumətindən narkotik kartellərinə qarşı mübarizəni kəskinləşdirməyi tələb edib.

“gece.ws” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün sosial media hesabında paylaşım edib.

Tramp qeyd edib ki, Meksika narkotik kartellərinin fəaliyyətinə və ABŞ-yə qanunsuz narkotik axınına qarşı səylərini dərhal artırmalıdır:

“Bu problemin hər iki ölkənin təhlükəsizliyi üçün ciddi təhdiddir. Ona görə də rəsmi Mexiko bu istiqamətdə daha qətiyyətli addımlar atmalıdır”.

Xatırladaq ki, Tramp administrasiyası sərhəd təhlükəsizliyi və narkotik qaçaqmalçılığı ilə mübarizəni xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.