Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.20.2026 | 04:13 | Baxılıb: 1910
Dünya Çempionatının C qrupunun ikinci turunda Mərakeş Şotlandiyanı 1:0 hesabı ilə məğlub edərək turnirdəki mövqeyini gücləndirib.

“gece.ws” xəbər verir ki, matçın taleyini erkən vurulan qol həll edib.

Qarşılaşmanın 2-ci dəqiqəsində Brahim Diazın ötürməsindən sonra İsmael Saibari fərqlənərək Mərakeşi hesabda önə çıxarıb.

Erkən qoldan sonra oyunun tempinə nəzarəti ələ alan Afrika təmsilçisi topa daha çox sahib olub və rəqibinə ciddi qol imkanı verməyib. Şotlandiya isə xüsusilə ikinci hissədə bərabərlik üçün irəli çıxsa da, Mərakeş müdafiəsini yara bilməyib.

Matçın sonlarına doğru Şotlandiya təzyiqi artırsa da, hesab dəyişməyib və Mərakeş meydanı 1:0-lıq qələbə ilə tərk edib.

Bu nəticə ilə Mərakeş xallarını 4-ə yüksəldərək qrupdan çıxmaq yolunda önəmli üstünlük qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.