Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.18.2026 | 22:22 | Baxılıb: 5919
Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti vəzifəsinə seçilib.

“gece.ws” xəbər verir ki, Rumıniyada keçirilən seçkidə təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğu ilə növbəti 4 il müddətinə yenidən prezident seçilib.

Prezident seçkisindən sonra vitse-prezident vəzifələri üzrə səsvermə keçirilib. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq bu vəzifəyə layiq görülüb. Ümumilikdə qurumda üç vitse-prezident fəaliyyət göstərəcək.

Seçkidə Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov da qonaq qismində iştirak edib.

Qeyd edək ki, Sərxan Həşimov mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun qardaşıdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.