Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.30.2026 | 10:44 | Baxılıb: 1638
Səudiyyə Ərəbistanı Liqasının 30-cu turunun “Əl-Nəsr” - “Əl-Əhli” görüşü (2:0) qalmaqalla yadda qalıb.

“gece.ws” xəbər verir ki, qonaqların türk futbolçusu Merih Demiral matçdan sonra rəqib futbolçu Kinqsli Komana hücum çəkib. 

Buna səbəb isə fransalı vingerin oyunun gedişində Merihi zədələməsidir. Final fitindən sonra isə türk müdafiəçi “Əl-Nəsr”in kapitanı Kriştianu Ronaldoya etiraz edib. Daha sonra Komana hücum çəkib. Digər futbolçular aranı sakitləşdirə bilib. 

Açıqlama verən Merih hakimlərin “Əl-Nəsr”ə kömək etdiyini bildirib: “Bütün hakimlər dəli olub.  Ayağıma baxın və görün rəqib məni nə hala salıb. O, az qala ayağımı sındıracaqdı. Hakimlər “Əl-Nəsr”in qalib gəlməsinə kömək edirlər. Allaha and olsun, bu, biabırçılıqdır!”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.