Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.08.2026 | 11:16 | Baxılıb: 3221
İstanbulun Anadolu bölgəsində yerləşən Şile qəsəbəsində oğurluq əməli törətmiş 4 Azərbaycan vətəndaşı tutulub.

“gece.ws” xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, qəsəbənin Meydan küçəsində Kılıçarslan məscidinin təmirində inşaat işçisi kimi çalışan Azərbaycan vətəndaşları - N.M., N.N., R.A. və H.A. avqustun 5-nə keçən gecə tikinti meydançasından oğurluq edərkən tutulub.

Polisin keçirdiyi tədbirlərlə onlar cinayət başında saxlanılıblar. Həmin şəxslərin ümumilikdə 150 min lirə (5340 manat) dəyəri olan inşaat materiallarını Şilenin Kabaköz kəndində yerləşən evə daşıdıqları müəyyənləşib.

Polisdə aparılan sənədləşmədən sonra saxlanılan şəxslərin ölkədən çıxarılmasına qərar verilib.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.