Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.28.2026 | 23:20 | Baxılıb: 45233
Azərbaycan cüdo məktəbinin əfsanəvi siması, tanınmış məşqçi Ağayar Axundzadənin ailəsində şad gün yaşanıb.

“gece.ws” xəbər verir ki, təcrübəli mütəxəssisin oğlu Davudun toy mərasimi baş tutub.

Bu barədə məşhur paracüdoçu, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev sosial şəbəkə hesabında paylaşım edib.

Xatırladaq ki, Ağayar Axundzadə Azərbaycan cüdosunun inkişafında müstəsna xidmətləri olan məşqçidir. O, vaxtilə Olimpiya çempionları Nazim Hüseynov və Elnur Məmmədlinin, eləcə də Olimpiya mükafatçısı Mövlud Mirəliyevin məşqçisi olub.

Fotoda: Ağayar Axundzadə

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.