Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Məşhur futbolçu Arda Gülərə lağ etdi
 
						Məşhur futbolçu Arda Gülərə lağ etdi
Əlavə olunub: 03.24.2025 | 15:28 | Baxılıb: 13532
Ötən gecə Millətlər Liqasının pley-off mərhələsində keçirilən Macarıstan - Türkiyə (0:3) matçında gərgin anlar yaşanıb.

“gece.ws” xəbər verir ki, matçın gedişində “ay ulduzlular”ın futbolçusu Arda Gülərlə meydan sahiblərinin oyunçusu Dominik Soboslai arasında münasibətlər gərginləşib və onlar üz-üzə gəliblər. 

Matçdan sonra isə bir fotoqraf onların bu anlarını lentə alaraq paylaşıb. D.Soboslai həmin paylaşıma “1088” şərhini yazıb. Bu isə marağa səbəb olub. Macar futbolçu bununla Arda Gülərin “Real”da meydana çıxdığı dəqiqələrə işarə edib. 

Qeyd edək ki, A.Gülər Madrid klubunda olduqca az şans qazanır. Bu mövsüm cəmi 1088 dəqiqə meydanda olub. Soboslai da onun az oynamasına diqqət çəkərək Ardaya lağ edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.