Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.16.2025 | 09:40 | Baxılıb: 1195
ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetini məhkəməyə verib.

“gece.ws” xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib. 

ABŞ lideri qəzeti böhtanda ittiham edib və onu ölkə tarixinin ən pis qəzeti olaraq xarakterizə edib. 

Tramp həmçinin qeyd edib ki, 15 milyard dollarlıq iddia Florida ştatında qaldırılıb. 

Belə ki, Ağ Ev rəhbəri “The New York Times”ı 2024-cü ildəki prezident seçkiləri zamanı rəqibi Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə, eləcə də özü və ailə üzvləri ilə bağlı böhtan xarakterli məlumatlar yaymaqda ittiham edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.