
“gece.ws” xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, hazırda müstəntiqlər sübutların toplanması istiqamətində işləri davam etdirirlər.
Qeyd edək ki, aprelin 9-da Moskva prokurorluğu Slepakova qarşı Rusiya Cinayət Məcəlləsinin 330.1-ci maddəsi (xarici agentlər haqqında qanunvericiliyin tələblərini yerinə yetirməkdən yayınma) ilə cinayət işi açıb.
Xatırladaq ki, Slepakov Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ölkəni tərk edib və hazırda İsraildə yaşayır.