
“gece.ws” xəbər verir ki, təcrübəli qolkiper turnirdə özündən yaşca kiçik olan baş məşqçinin rəhbərliyi altında meydana çıxıb.
Mundiallar tarixində belə bir hadisə son 72 ildə ilk dəfədir reallaşır.
DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Kürasao seçməsinə qarşı keçirilən və Bundestimin 7:1 hesablı darmadağını ilə başa çatan oyunda Almaniyanın qapısını 40 yaşlı Manuel Noyer (1986-cı il təvəllüdlü) qoruyub. Komandanın baş məşqçisi Yulian Nagelsmann isə 1987-ci il təvəllüdlüdür və o, öz qapıçısından bir yaş kiçikdir.
Məlumata görə, dünya çempionatlarında futbolçunun öz məşqçisindən yaşca böyük olduğu analoji hadisə sonuncu dəfə 1954-cü ildə qeydə alınıb. Həmin vaxt Çexoslovakiya – Uruqvay matçında çexoslovakiyalıların məşqçisi Yaroslav Ceyp (1924 təvəllüdlü) özündən böyük olan Karel Reymanı (1921 təvəllüdlü) meydana buraxmışdı.
Xatırladaq ki, M. Noyer Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olub. 40 yaşlı qapıçı ümumilikdə milli komandada 125 oyun keçirib və hazırda transfer dəyəri 4 milyon avro qiymətləndirilir.