Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.16.2026 | 21:44 | Baxılıb: 2816
Argentina millisinin ulduzu və “İnter Mayami”nin hücumçusu Lionel Messi İspaniyanın “Kornelya” klubunun sahibi olub.

“gece.ws” xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano “X”də məlumat yayıb.

Məlumata görə, 38 yaşlı futbolçu İspaniya futbolunun alt liqalarında çıxış edən Kataloniya təmsilçisinin səhmlərinin 100 faizini satın alıb.

Qeyd edək ki, “Kornelya” klubu Jordi Alba və David Raya kimi tanınmış futbolçuların yetişdiyi məkan kimi tanınır. Hazırda klub İspaniya beşinci divizionunda mübarizə aparır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.