
“gece.ws” xəbər verir ki, ulduz futbolçu qrup mərhələsində altı qol vurub.
Onun ən yaxın izləyiciləri — Fransa təmsilçiləri Kilian Mbappe və Usman Dembele, braziliyalı Vinisius Junior və norveçli Erlinq Haalandın hər birinin hesabında dörd qol var. Messi Əlcəzairə qarşı het-trik, Avstriyaya qarşı dubl, İordaniyaya qarşı isə bir qol vurub.
Qeyd edək ki, Argentina millisi dünya çempionatının qrup mərhələsinin üçüncü turunda İordaniyaya 3:1 hesabı ilə qalib gəlib.