Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.07.2026 | 13:35 | Baxılıb: 2425
ABŞ-nin “İnter Mayami” klubunun sahiblərindən olan Jorge Mas argentinalı hücumçu Lionel Messinin illik qazancını açıqlayıb.

“gece.ws” “Bloomberg”ə istinadən xəbər verir ki, bu məbləğ 70-80 milyon dollardır.

J. Mas bildirib ki, dünya səviyyəli sponsorları kluba cəlb etmək istəmələrinin əsas səbəbləri futbolçuların yüksək maaş almasıdır: “Futbolçular bahadır. Mən Messiyə maaş verirəm və o, hər qəpiyinə dəyər. Bu məbləğ ildə 70–80 milyon dollar civarındadır”.

Qeyd edək ki, 38 yaşlı Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də oynayır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.