Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.17.2025 | 16:04 | Baxılıb: 1914
“Bakı Metropoliteni” QSC “Formula 1 üzrə Azərbaycan Qran-prisi” ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.

“gece.ws” xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Bakı Şəhər Halqası əməliyyat şirkətinin müraciətinə əsasən, sentyabrın 19-20-nə və 20-dən 21-nə keçən gecələrdə Bakı metropolitenin bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Paytaxtda keçirilən kütləvi tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planına əsasən, yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək.

Qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq və zərurət olarsa, xətlərə buraxılacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.