Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Metro işçilərinin maaşı 15 % artırıldı
 
						Metro işçilərinin maaşı 15 % artırıldı
Əlavə olunub: 06.09.2023 | 17:51 | Baxılıb: 4173
“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

Bu barədə “gece.ws”ya “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədov qeyd edib ki, may ayında Müşahidə Şurasının iclası keçirilib:

“Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev artımla bağlı protokol imzalayıb. Daha sonra “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov daxili Qərar imzalayıb”.

Qurum rəsmisinin sözlərinə görə, artımlar 1 yanvar 2023-cü ildən etibarən qüvvədədir:

“Bu səbəbdən də əməkdaşlarımız növbəti aylarda əvvəlki artımları da alacaqlar”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.