Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.30.2026 | 11:55 | Baxılıb: 3237
Ötən gecə Bakı metropoliteninin “Azadlıq Prospekti” stansiyasında problem yaşanıb.

“gece.ws” Oxu.az-a istinadən xəbər verir ki, saat 23:48-də stansiyanın platformasında olan sərnişinlər ərazidən çıxarılıblar.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

“İyulun 29-da saat 23:55-də Bakı metropolitenini qidalandıran yüksəkgərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən Yaşıl xəttin “Memar Əcəmi” - “Dərnəgül” sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.

Operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib”, - deyə B. Məmmədov bildirib.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.