Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.21.2026 | 16:18 | Baxılıb: 9245
“Bu gün təxminən saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”-“Nərimanov” mənzilinin aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb”.

“gece.ws” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün metroda baş verən nasazlıqla bağlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, metroda qatarların hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisidir.

“Yüksəkgərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən “Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb, - B.Məmmədov qeyd edib.

Gülnar Əliyeva

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.