Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.04.2025 | 17:18 | Baxılıb: 1369
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev öz aqressivliyindən danışıb. 

“gece.ws” xəbər verir ki, o bu barədə sabah Çempionlar Liqasının əsas mərhələsində “Çelsi”yə qarşı keçiriləcək oyundan öncə keçirilən mətbuat konfransında bildirib. 

“Xarakterim elədir ki, aqressivlik var. Çılğın görünürəm. Hər zaman məşq edirəm ki, xarakterimə də təsir etsin. Özümü hazırlamağa çalışıram”, - futbolçu bildirib. 

“Sabah “Çelsi”nin sağ cinahında Estevao oynayacaq və o sizə qırmızı vərəqə aldırmağa çalışacaq. Buna hazırsınız?” sualına isə E.Cəfərquliyev belə cavab verib: “Bu cür oyunlarda temp yüksək olur. Rəqibin gücü bəllidir. Amma meydana “qırmızı” almağa yox, futbol oynamağa çıxıram”. 

Elsevər Məmmədov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.