Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.19.2026 | 11:13 | Baxılıb: 3108
Ötən gün Qubada kişinin arvadını və özünü öldürdüyü hadisənin bəzi detalları üzə çıxıb.

“gece.ws” xəbər verir ki, rayonun Zizik kəndində yaşayan Ağasiyevlər ailəsində əvvəllər də münaqişələrin olduğu bildirilib.

Dünən isə qətlə yetirilən Gülgəz Ağasiyevanın qohumları onunla əlaqə saxlaya bilmədikləri üçün saat 16 radələrində evinə gəliblər. Bu zaman 1970-ci il təvəllüdlü qadının əri tərəfindən qətlə yetirilməsi, daha sonra isə 60 yaşlı Ağasiyev Ceyhun İsmayıl oğlunun öz həyatına da son qoyması məlum olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.