Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.20.2026 | 13:36 | Baxılıb: 10612
Meyxanaçı Samirənin müğənni qızı Fərəh Samirəqızı saxlanılıb. 

“gece.ws” xəbər verir ki, bu barədə Lent.az məlumat yayıb.

Bildirilib ki, Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb. 

O, yaxın saatlarda məhkəmə qarşısına çıxarılacaq. 

Bildirilib ki, müğənninin sosial mediada həmkarı Kəmalə Günəşlini müdafiə xarakterli çıxışı tənqidlə qarşılanıb.

***

Meyxanaçı Samirə Oxu.Az-a açıqlamasında qızının saxlanılmadığını bildirib: “Qızımın nitqində söyüş və təhqir olmamasına baxmayaraq, ictimai qınağa səbəb olduğu üçün 500 manat məbləğində cərimə edilib. Qızıma şərti həbs cəzası filan verilməyib. Qızımın danışığında təhqiramiz heç nə yoxdur. Təhqiramiz hərəkət spirtli içki içib efirə çıxmaq və onu yayımlamaqdır. Yaxud da insanlara nəyisə təbliğ etməkdir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.