Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.01.2026 | 09:14 | Baxılıb: 17314
Ukraynanın Xarkov şəhərinə Rusiyanın endirdiyi zərbələr nəticəsində azərbaycanlı tələbə Fatimə Hüseynovanın həlak olması barədə xəbər vermişdik.

“gece.ws"in məlumatına görə, 23 yaşlı Fatimə Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi imiş. O, iyunun 30-u keçiriləcək diplom təqdimetmə mərasimində iştirak etmək üçün Azərbaycandan Xarkova gedibmiş.

“gece.ws”nu yeni instaqram səhifəsində izləyin!

Hadisə Fatimə rəfiqəsi ilə birgə məzun fotosessiyasına gedərkən baş verib. Raket zərbəsi zamanı onun rəfiqəsi Ada ağır xəsarətlər alıb və hazırda xəstəxanadadır.

Qeyd edək ki, Fatimənin fotosessiyada geyinmək üçün özü ilə apardığı məzun xalatı və papağı hadisə yerində - onun nəşinin yanında tapılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.