Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.10.2026 | 09:15 | Baxılıb: 2937
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws"in məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 20-dən çox sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Yevlax və Mingəçevir şəhərlərində yerləşən xəstəxanalara çatdırılıblar.

Hadisə yerinə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda qəzanın başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.