Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.19.2026 | 15:58 | Baxılıb: 1760
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün ilk oyuna çıxıb.

“gece.ws” xəbər verir ki, B qrupunda yer alan millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüş rəqibin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.

Qeyd edək ki, U-18 turnir çərçivəsində növbəti oyununu fevralın 20-də Özbəkistan yığmasına qarşı keçirəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.