Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.02.2026 | 10:26 | Baxılıb: 1366
Bu gecə Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final oyununa çıxacaq.

“gece.ws” xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda Çexiya ilə qarşılaşacaq.

“Tipos Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Cütün qalibi yarımfinalda Rumıniya - Serbiya duelinin güclüsü ilə üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasına qalib gəlib - 3:2. Komanda F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.