Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.01.2026 | 10:31 | Baxılıb: 1795
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gecə növbəti oyununa çıxacaq.

“gece.ws” xəbər verir ki, Elşad Quliyevin komandası 1/8 finalda Qazaxıstanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz F qrupunda bütün matçlarda qalib gələrək 9 xalla lider olub. Komanda Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.