Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.02.2026 | 22:10 | Baxılıb: 933
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində növbəti oyununa çıxıb.

“gece.ws” xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv Bakı İdman Sarayında Şimali Makedoniya yığmasını qəbul edib.

Gərgin keçən qarşılaşma millimizin 70:78 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, seçmə mərhələyə Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlubiyyətləri ilə başlayan yığmamız ötən turda İrlandiyanı (76:75) məğlub etməyi bacarmışdı.

Qeyd edək ki, hazırda A qrupunda Şimali Makedoniya 8 xalla vahid liderdir. Lüksemburq və Azərbaycanın hər birinin 5 xalı olsa da, millimiz üçüncü pillədə qərarlaşıb. İrlandiya isə 3 xalla sonuncu yerdədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.