Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.15.2026 | 13:00 | Baxılıb: 1359
Bu gün qadınlar arasında keçirilən 3x3 basketbol üzrə FİBA Çempionlar Kubokunda yarımfinal oyunları keçirilib.

“gece.ws” xəbər verir ki, millimiz yarımfinal oyununda basketbolun yaradıcıları sayılan ABŞ yığması üzərində 22:20 hesablı qələbə qazanaraq, finala yüksəlib.

Finalda rəqibimiz Niderland seçməsi olacaq. Oyun Bakı vaxtı ilə saat 14:05-də baş tutacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.