
“gece.ws” xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu yığma Dublində İrlandiya komandasının qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da “National Basketball Arena”da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub. Komanda qrupda 2 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.