Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Millimiz məğlubiyyətlə başladı
 
						Millimiz məğlubiyyətlə başladı
Əlavə olunub: 03.19.2025 | 21:22 | Baxılıb: 1764
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində ilk oyununu keçirib.

“gece.ws” xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya yığması ilə üz-üzə gəlib.

Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 47-ci dəqiqədə Tunar Rzayev vurub.

U-17 növbəti oyununu martın 22-də Uels yığmasına qarşı keçirəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.